Elektron lövhə

70.00 AZN
Müddəti

9 gün, 4 saat. Cəmi 36 saat. 18:00-22:30

Cədvəl

Dil

az

Məkan

MS Teams

Təlim haqqında

 

ITE Promethean interaktiv texnologiyalarının tədris prosesində istifadəsi üzrə təlimlərə qeydiyyatı açıq elan edir. Elektron lövhənin tədris prosesində istifadəsi üzrə təlimlərə qoşularaq interaktiv texnologiyaların tətbiqi ilə dərsinizi daha rəngli və məhsuldar edin!

Təhsildə informasiya kommunikasiya texnologiyalarının tətbiqi zamanın tələbidir. Dərslərdə İKT-nin imkanlarından, xüsusilə də interaktiv lövhədən geniş istifadə olunması tədris prosesini daha yaddaqalan, maraqlı etməklə yanaşı, şagirdlər tərəfindən mövzunun daha dərindən dərk edilərək mənimsənilməsinə, həmçinin təhsilin keyfiyyətinin artmasına, sərbəst işlərin çoxalmasına, öyrənməyə marağın artmasına zəmin yaradır. Tədris prosesində interaktiv lövhədən istifadə edən zaman şagirdlərin bir toxunuşla lövhədə baş verən dəyişiklikləri görməsi onların dərsə olan həvəsini birə-beş artırır. İnteraktiv lövhənin üstünlüklərindən biri də ondan ibarətdir ki, şagirdlər kompüter savadlılığına malik olmadan belə lövhədən rahatlıqla istifadə edə bilərlər. İnteraktiv lövhə dərsin tempini artırmağa və bütün sinfin diqqətini dərsə cəlb etməyə imkan yaradır. Adi lövhədən fərqli olaraq bu lövhə ilə iş zamanı şagirdlər daha da diqqətli, öyrənməyə həvəsli olurlar.

Elektron lövhə şagirdlərə psixoloji maneəni aşmağa, lövhə qarşısında qorxu və utancaqlığı dəf etməyə də imkan yaradır. Onunla işləyərkən şagird asanlıqla və çəkinmədən öz bacarıqlarını nümayiş etdirir. Bu zaman sinifdə dərsə laqeyd şagird qalmır, bütün fənlər əlçatan və maraqlı görünür. İnformasiyanın vizual qəbulu onu daha da cəlbedən edir və şagirdlərin diqqətini daha da artırır. Adi lövhədən fərqli olaraq elektron lövhədə işləyərkən müəllimin daha geniş iş sahəsi və əvvəlki yazdıqlarına bir idarəedici düymənin köməyilə qayıtmaq imkanı olur. Bu vaxta qənaət etməyə və dərsi daha effektiv qurmağa imkan yaradır. Həmçinin bu, müəllimin pedaqoji axtarışları üçün geniş diapazon açır. Adi lövhə ilə qurulan dərsdə şagirdin aktiv iş fəaliyyəti dərsin 15-20%-ni təşkil etdiyi halda, elektron lövhənin köməyilə qurulan dərslər bu vaxtın 75-80%-ə qədər yüksəlməsinə imkan yaradır.

Təlimlər İTE təlimçi-mütəxəssisi, qabaqcıl təhsil işçisi, ARTİ-nin "İnklüziv sinif təşkil edilən ümumtəhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" layihəsinin təlimçisi və mentoru, "Elektron təhsil" müsabiqəsinin qalibi, Təhsildə inkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibi Vəfa Məmmədova tərəfindən tədris olunacaq.

Təlimin sonunda iştirakçılar Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən sertifikatla təltif olunacaqlar.

Dərs strukturu

Təlim aşağıdakı mərhələləri əhatə edir:

✅ Promethean interaktiv lövhənin tətbiqi metodikası

✅ Tədris materiallarının hazırlanması və dərslərin keçirilməsi üçün konsultasiya

✅ Promethean lövhədən praktik istifadə bacarıqları

✅ ActivInspire proqramının alətlərindən istifadə

✅ ActivInspire proqramından istifadə etməklə müxtəlif resurslar hazırlama bacarığı

✅ İnteraktiv texnologiyalardan istifadə edərək müdavimin final layihəsi

Təlimçi

Vəfa Məmmədova

Vəfa Məmmədova

Elektron lövhə üzrə ekspert

Hər hansı bir sualınız var ?