ITE baş mütəxəssisi, gənc tədqiqatçı Gülşən Əlizadənin təqdimatında “Təhsildə elmi tədqiqatların” rolu mövzusunda görüş keçirildi.

4 noyabr tarixində Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin (ITE) Monitorinq və Qiymətləndirmə şöbəsinin baş mütəxəssisi, gənc tədqiqatçı, ARTİ Tədqiqat Mentorluq Proqramında tədqiqat mentoru, TR Akdeniz Universitetinin Təhsilin İdarəedilməsi, Təftişi, Planlaması və İqtisadiyyatı proqramı üzrə məzunu Gülşən Əlizadənin təqdimatında “Təhsildə elmi tədqiqatların” rolu mövzusunda görüş keçirildi.

 

Gülşən xanım görüşdə kəmiyyət və keyfiyyət metodu ilə apardığı elmi tədqiqatlarına dair öz təcrübəsini və tədqiqat nəticəsini bölüşdü. Tədqiqatçı kəmiyyət metodu ilə apardığı “Hədəf Müəyyənləşdirmənin Müəllim Motivasiyasına Təsiri” adlı tədqiqatında dəqiq müəyyənləşdirilmiş hədəflərin müəllimləri motivasiya etdiyini, amma məktəb rəhbərliyindən gərəkli dəstəyin alınmamasının müəlim motivasiyasına mənfi təsiri istiqamətində aşkarladığı məlumatları bölüşdü. Daha sonra “Müəllimlərin Peşəkar İnkişafı” adlı tədqiqatı ilə bağlı çıxışında müsahibə, müşahidə və yazılı sənədlərin incələnməsi nəticəsində əldə etdiyi tapıntılara əsaslanaraq müəllimlərin peşəkarlığının artırılmasında həmkardan öyrənmə modelinə geniş yer verilmədiyinə dair informasiyaları bölüşdü.

 

Sonda ITE-nin növbəti il üçün tədqiqat mövzularını müəyyənləşdirməsi üzrə geniş fikir mübadiləsi aparılıb.

Növbəti postlar

İnformatika müəllimləri üçün keçirilən Python proqramlaşdırma təlimləri uğurla yekunlaşdı!

İnformatika müəllimləri üçün keçirilən Python proqramlaşdırma təlimləri uğurla yekunlaşdı!   Azərbayca...

Abşeronda 300 müəllim ilə öyrənməyi asan və daha effektiv edəcəyik!

Abşeronda 300 müəllim ilə öyrənməyi asan və daha effektiv edəcəyik!   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi&nbs...