“Promethean interaktiv texnologiyalarının tədris prosesində istifadəsi” üzrə növbəti təlim qrupu məzun olub.

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin (İTE) təşkilatçılığı ilə “Promethean interaktiv texnologiyalarının tədris prosesində istifadəsi” üzrə növbəti təlim qrupu məzun olub.

6 gün davam edən intensiv tədris ilə müdavimlərə Promethean interaktiv lövhənin tətbiqi metodikası, tədris materiallarının hazırlanması və dərslərin keçirilməsi üzrə konsultasiya verilib və Promethean lövhədən praktik istifadə bacarıqları, həmçinin ActivInspire proqramının alətlərindən istifadə və ActivInspire proqramından istifadə etməklə müxtəlif resursların hazırlanması üzrə praktiki və nəzəri biliklər aşılanıb.

Təlim sonunda müdavimlər imtahana cəlb olunaraq bilik və bacarıqları qiymətləndirilib. Daha sonra isə interaktiv texnologiyadan istifadə edərək öz hazırladıqları layihələri təqdim ediblər.

Sonda təlim proqramını uğurla bitirən məzunlar Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən sertifikatla təltif olunublar.

Növbəti postlar

İnformatika müəllimləri üçün keçirilən Python proqramlaşdırma təlimləri uğurla yekunlaşdı!

İnformatika müəllimləri üçün keçirilən Python proqramlaşdırma təlimləri uğurla yekunlaşdı!   Azərbayca...

Abşeronda 300 müəllim ilə öyrənməyi asan və daha effektiv edəcəyik!

Abşeronda 300 müəllim ilə öyrənməyi asan və daha effektiv edəcəyik!   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi&nbs...