Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin təşkilatçılığı ilə 20-21 fevral 2021-ci il tarixlərində “Qrant layihələrin yazılması və idarə olunması” özəl distant təlimi baş tutdu. Təlim layihə yazılışı və idarə edilməsində birbaşa təcrübəsi olan, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin təlimçisi, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, Tərəqqi medalı mükafatçısı Aliyə Əhmədova tərəfindən həyata keçirildi.
Qeyd edək ki, Aliyə Əhmədova Təhsildə İnkişaf və İnnovasiyalar üzrə I, II qrant müsabiqəsində “fərdi” kateqoriya üzrə, IV qrant müsabiqəsində “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə qalib olmuşdur.
Qrant layihə müsabiqələrinə qatılmaq istəyən və layihələrin yazılması, təqdimatı, həmçinin idarə olunmasını öyrənmək istəyən müəllimlər təlimdə həvəslə iştirak etdilər.
Təlimdə Aliyə xanım ehtiyaclar və ya nominasiyalar üzrə layihə ideyalarının formalaşması, ideyanın layihə olaraq təklif edilməsi proseduru (prosesi), “Fərdi” və “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə layihənin tam sənədlərinin hazırlanması, Layihə büdcəsini effektli tərtib etmək və ayrılmış maliyyəni düzgün idarə etmək, Layihənin fəaliyyət planının fors-major hallara uyğunlaşdırılması yollarımövzularına toxunaraq iştirakçılarda proses üzrə tam təsəvvür yaratdı və tapşırıqlar birgə həyata keçirildi.
Təlimin növbəti qrupu üçün qeydiyyat linki:
https://ite.az/az/kurs/60