Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi işğaldan azad olunmuş ərazilərdə təlimlərə başladı

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi işğaldan azad olunmuş ərazilərdə təlimlərə başladı

 

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi işğaldan azad olunmuş məktəblərin pedaqoji heyətinə dəstək məqsədilə hazırladığı sosial layihəni həyata keçirməyə başladı. Belə ki, İTE layihə çərçivəsində ilkin olaraq Zəngilanın Ağalı kənd məktəbinin müəllimləri üçün silsilə təlimlərə start verdi.

 

15 fevral tarixindən başlayan layihənin bir neçə ay ərzində həyata keçirilməsi planlaşdırılır. Müəllimlər ilkin olaraq “Virtual mühitdə öyrənmənin təşkili”, “Elektron qiymətləndirmə vasitələrinin hazırlanması” və “Hibrid öyrənmə: e- resursların hazırlanması və istifadəsi” təlimlərində iştirak edəcəklər. Təlimlər təşkilatın ixtisaslı və peşəkar təlimçi heyəti tərəfindən həyata keçiriləcək. Distant olaraq keçirilən təlimlər nəticəsində müəllimlər şagirdlərin müxtəlif öyrənmə tərzlərinə uyğun olaraq tədris prosesini effektiv qurmağın yollarını öyrənəcəklər.

 

Onu da qeyd edək ki, təlimlərə başlamazdan əvvəl Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi olaraq komandamız 17 yanvar 2023-cü il tarixində Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunda Ağalı kənd orta məktəbində oldu. Rayonun məqsədi şirkətimizin məktəbin təhsil ehtiyaclarını necə dəstəkləyə biləcəyini araşdırmaq və innovativ texnologiyalardakı təcrübəmiz ilə müəllim və şagirdlərə necə səmərəli fayda verəcəyimizi müəyyən etmək idi.

Növbəti postlar

İnformatika müəllimləri üçün keçirilən Python proqramlaşdırma təlimləri uğurla yekunlaşdı!

İnformatika müəllimləri üçün keçirilən Python proqramlaşdırma təlimləri uğurla yekunlaşdı!   Azərbayca...

Abşeronda 300 müəllim ilə öyrənməyi asan və daha effektiv edəcəyik!

Abşeronda 300 müəllim ilə öyrənməyi asan və daha effektiv edəcəyik!   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi&nbs...