Sabunçu rayonunda Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən "Fənnlər üzrə elektron tədris resurslarının hazırlanması" üzrə təlimlər uğurla yekunlaşıb.

Sabunçu rayonunda Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən "Fənnlər üzrə elektron tədris resurslarının hazırlanması" üzrə təlimlər uğurla yekunlaşıb.

 

Qeyd edək ki, avqust ayından start götürən müxtəlif rayonları əhatən edən layihə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilir. Sabunçu rayonunda təşkil olunan təlimlərə ümumi 23 qrup olmaqla 330-dan artıq pedaqoji heyəti cəlb olunub.

 

Təlim zamanı müdavimlər təqdimat tipli elektron resursların tədrisdə istifadə imkanları, təqdimatların hazırlanması və nümayişinə imkan verən müxtəlif alətlərlə tanış olublar. Onlar müxtəlif görüntünün video yazısını götürmə, videoçarxı redaktə etmə, effektlərlə zənginləşdirmə və s kimi əməliyyatlar həyata keçiriblər.

 

Təlimdə həmçinin interaktiv qiymətləndirmə vasitələrinin hazırlanması və məzmunun zənginləşdirilməsi üçün istifadə edilən müxtəlif alətlər üzrə fəaliyyətlərə geniş yer verilib. Artırılmış və Virtual realığın tədris prosesində istifadə imkanlarından bəhs olunub.

 

Sonda müdavimlər öz hazırladıqları layihələri təqdim ediblər.

Növbəti postlar

İnformatika müəllimləri üçün keçirilən Python proqramlaşdırma təlimləri uğurla yekunlaşdı!

İnformatika müəllimləri üçün keçirilən Python proqramlaşdırma təlimləri uğurla yekunlaşdı!   Azərbayca...

Abşeronda 300 müəllim ilə öyrənməyi asan və daha effektiv edəcəyik!

Abşeronda 300 müəllim ilə öyrənməyi asan və daha effektiv edəcəyik!   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi&nbs...